Bazar, 19 May

Ukrayna XİN rəhbəri: "Rusiya ilə danışıqlar yalnız onun məğlubiyyətindən sonra mümkün olacaq"

image

“Rusiya ilə danışıqlar yalnız onun məğlubiyyətindən sonra mümkün olacaq”.

Xəbər verilir ki,  bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat verib. O deyib ki, Moskva ilə danışıqlar yalnız onun məğlubiyyətindən sonra mümkündür.

“Hamı başa düşür ki, danışıqlar birbaşa cəbhədəki vəziyyətlə bağlıdır. Mən bütün tərəfdaşlara sadə bir şeyi deyirəm: “Rusiya döyüş meydanında məğlubiyyətdən sonra danışıqlar masasına əyləşməlidir. Əks halda bu, yenə ultimatumların dili olacaq”, – deyə Kuleba bildirib.

Diplomat onu da qeyd edib ki, hazırda danışıqlar prosesinin həyata keçirilməsi üçün heç bir əsas yoxdur.

Qeyd edək ki, bundan əvvəl Vladimir Putin bildirib ki, Rusiya Ukrayna üzrə sülh danışıqlarından imtina etmir, lakin onlar nə qədər gec başlasa, danışıqlar bir o qədər çətinləşəcək.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41